Pakhlava.ART

Axtarış

Şəki halvası (paxlavası)

TODO

Məhsulun əsasını düyü unundan hazırlanaraq xüsusi qıf vasitəsilə tiyan üzərində bişirilən nazik, torşəkilli riştə qatları təşkil edir. Riştə qatları arasında fındıq ləpəsi, keşniş toxumu və hil əsasında hazırlanmış içlik yerləşdirilir. Məhsulun səthi zəfəran məhlulu ilə rombşəkilli naxışlarla dekorativ işlənir və ənənəvi üsulla bişirilir. Bişirilmədən sonra şəkər əlavə olunur.

TODO
TODO
TODO
TODO
Region
Şəki

Tərkibi

TODO

TODO

Hazırlanması

  1. TODO

    Düyü ununa su əlavə edilir, duru xəmir hazırlanır. Xəmir 11 gözcüklü xüsusi qıfla qızdırılmış tiyanın üzərində gəzdirilir, tor formalı riştə bişirilir. Bu məqsədlə tiyan azacıq yağlanır, əlin dairəvi hərəkəti ilə xəmir tiyana şəbəkə formasında əlavə olunur, 2-3 dəqiqə ərzində riştə hazır olur. Riştələr üst-üstə yığılır.

  2. TODO

    İçlik üçün fındıq (və ya qoz) ləpəsi döyülür, ona üyüdülmüş keşniş toxumu və hil qarışdırılır.

  3. TODO

    Mis məcməyiyə yağ sürtülür, 8 ədəd riştə üst-üstə yığılır, üzərinə içlik səpilir. İçlik paxlavanın hər tərəfinə eyni qaydada yayılmalıdır. Üzərinə 5 ədəd riştə qoyulur, dairəvi formaya salınır.

  4. TODO

    Paxlavanın səthi zəfəranla romb şəkildə bəzənir, 15-20 dəqiqə közərmiş kömür üzərində hər iki üzü bişirilir.

  5. TODO

    Paxlavanın üstünə şəkər, limon turşusu və sudan hazırlanmış qaynar şərbət əlavə olunur, 8-10 saat saxlanır.